“Vaqner”çilər muzdlu olsa da, bizə pulsuz kömək edirlər - Lukaşenko

saytların hazırlanması

Evə çatdırılma

“Vaqner”çilər muzdlu olsa da, bizə pulsuz kömək edirlər - Lukaşenko

Dünya

01 Avqust 2023 14:58 1749


Belarus prezidenti Aleksandr Lukaşenko “Vaqner” qrupunun Belarus ərazisindən Polşaya hücum etməyə hazırlaşdığı barədə xəbərləri təkzib edib.

Yenisabah.az BelTA-ya istinadla xəbər verir ki, o, Brest vilayətinə işgüzar səfəri zamanı deyib:

"Eşitmişəm ki, bu yaxınlarda Polşada çığır-bağır salıblar ki, guya 100 nəfərlik dəstə bura gəlir. Heç bir "vaqner"çi Belarusa gəlmir. Gəlibsə də, ancaq döyüş təcrübəsini Brest və Qrodnoda cəmləşmiş briqadalara ötürmək üçün gəlib. Mən hərbçilərimi öyrətməliyəm, çünki döyüşməyən ordu yarım ordudur”. pizza

Lukaşenka vurğulayıb ki, Belarusun mərkəzində, Osipoviç yaxınlığında olduqları üçün bu "vaqner"çilər heç yerə getmək istəmirlər. Onlar əmrləri yerinə yetirməyə öyrəşiblər".

Dövlət başçısı, həmçinin, bu bölməni saxlamaq istədiyini bildirib: "Bunlar müharibədən keçmiş, çoxlu dostlarını itirmiş əsl döyüşçülərdir. Onlar tamamilə azaddırlar, muzdlu olsalar da, bizə pulsuz kömək edirlər, təcrübələrini ötürürlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!