Rusiyanın “Vaqner” şirkətinin qurucusu Yevgeni Priqojin Donetsk bölgəsindəki Soledar şəhərinə nəzarətin tam şəkildə ələ keçirildiyini təsdiqləyib.
Yenisabah.az xəbər verir ki, “Vaqner”çilərdən başqa heç bir bölmə şəhərə hücumda iştirak etməyib.
“Bir daha Soledar ərazisinin Ukrayna ordusunun bölmələrindən tam azad edildiyini təsdiqləmək istəyirəm”, – deyə Y. Priqojin vurğulayıb. Marqarita pizza
Xatırladaq ki, ötən gün Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun sözçüsü Serhiy Çerevatı bildirmişdi ki, Soledar şəhəri Ukrayna ordusunun nəzarətindədir və aktiv döyüşlər yalnız Baxmut istiqamətində gedir.
Telegram kanalımız