Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

Sosial

16 Aprel 2024 08:12 44853


 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”. 

Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov deyib. Vəkilin sözlərinə görə, ərin pensiyası çoxdursa, öləndən sonra həyat yoldaşına fərq verilir, yaxud da əksinə:

“Burada ər-arvad məsələsi var və bir də ölənin himayəsində kimsə varsa ona verilir. Mənəvi cəhətdən deyirik ki, adam ömrü boyu işləyib, qazanıb, yaşasaydı pensiyasını alacaqdı. Bir də  məsələnin ikinci, yəni iqtisadi tərəfi var. Biz hamımız işləyirik və Dövlət Sosial Müdafiə Fonduna məcburi sığorta haqqı ödəyirik. Bizim vəsaitlərimiz hesabına indiki təqaüdçülər pensiya alırlar. Sabah biz qocalanda o zaman işləyənlərin gəlirindən tutulan vəsaitlər hesabına bizə pensiya veriləcək. Biz də bilirik ki, hər il Dövlət Sosial Müdafiə Fondunda pul çatmır. Bu gün yığılan pul pensiya alanlara çatmır. Üstəlik, hər il dövlət büdcəsindən əlavə fonda pul verilir”.  Dördpendirli pizza

Əkrəm Həsənov Dövlət Sosial Müdafiə Fondunun öz-özünü maliyyələşdirə bilmədiyini vurğulayıb: 

“Burada iki yol var, ya gərək sosial sığorta haqlarını artıraq, ya da dövlət büdcəsindən daha çox vəsait ayrılsın. Amma büdcədən vəsaitin ayrılması çətin məsələdir. Bu dəqiqə ölkədə o qədər layihələr var ki. Xüsusən də işğaldan azad olunan ərazilərlə bağlı. Bir də əgər bu qanun halını alırsa icra olunmalıdır”. 

Əkrəm Həsənov bəzi insanların uzunömürlü olduğunu da əlavə edib:

“Elə insanlar var ki, onlar çox yaşayır. Yəni onların pensiya kapitalı qurtarır. Bu halda Dövlət Sosial Müdafiə Fondu onlara deyirmi ki, pensiya kapitalın qurtarıb sizə pensiya vermirik? Yox, ödənilir. Gələcəkdə insanların gəlirləri o qədər yüksək olmalıdır ki, bizdən daha çox pul tutulsun. Avropada belədir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Seymur
    Bu gün, vaxtilə bu işlə məşğul olan deputat, Hadı Rəcəblinin ölümü ilə bağlı, insanların şərhini oxuyanda bir çox şeyə şahid oldum.İnsanlara qarşı bir az ədalətli olun ki, sizi sonralar gözəl xatırlasınlar.
    2 years ago
  • Yalçın
    Düzgün fikir deyil həmişəki kimi Xalqı fikirləşmirsiz niyə 40 il əziyyət çək işlə sonra da sizin nervinizdən camaat ölür sonrada mənim pulumu kimsə yesin düzgün deyil hərənin pulu öz vərəsəliyinə çatmalıdır
    2 years ago
  • Anonim
    Sahil Babayev camaatın pulun yeyirsə çatmayacaqdə, burda nə varki? Neft və qaz ölkəsi olasan, Dövlət o qədər pul ayıra və pensiyaya çatmaya. Deməli burda yeyinti var. Heç kim halal eləmir
    2 years ago
  • Nadir
    Salam menim33 yasum var pensiya kapitalim 34mine yaxindi indi hele men bilmirem men o pensuya yasima catacam alacam almiyacam Allah bilir o kapitalimfaki pulu hec olmasa sagligimda vererdiler ki mende ozume ev alim borcumu odeyim banka olan artig ele 1 hedde catmisam ki istyrem kartimi paylasim yada zaurun verlisine cixim yardim sever xalqima deyim ki kimin gucu neye catrsa mene yardim etsin 4169 7388 0186 3915
    2 years ago
  • Samir
    Salam Cenab Nazir O sualı verənde fikirleşin verin siz Nazirsiniz o ne cümledir. doymadınız kasıb haqqı kesilib yeyilmekden indide buna əl atdınız. Büdcenin dol olmağı üçün pul Nazir balalalındadır qıraqlara xerclenen oullar ve bahalı maşınları satsınlar büdce gör hara qalxacaq.O sözü gediyi vesait qul haqqının kapitalıdır o kapitalda onun özüne verilmelidir eger özü yoxdusa ailesine ve övladlarına verilmelidir.
    2 years ago
  • Aide
    Siz danışanda fikirləşirsizki bura Avropa deyi, hələ bir nıfər görmədim xalqın xeyrinə danışsın ancaqəzin. Nitə o pulu mən işləyim başqası yeməkidi 40 il əziyət çəkmişəm. O pul vərəsələrinə verilməlidi siz Avropanın maaşını Azərbaycana gətir sonra artıq pulu tutarsız Avropada uşaqpuluda var onu niyə muqayisə etmirsiz ,bəsdirin
    2 years ago
  • Zəfər
    Deməli mən 45 ildir işləyib pensiya yığıram, bu da çox aydın məsələdir ki, kimin cibinin pulunu artırır. Görmüsüz ki hansı nazir və ya komitə sədri, nə bilim onlarla, yüzlərlə vəzifədə olanlardan kimisə metro ilə işə getsin? Bu elə belə də qalacaq. Ta ki, bəlkə özəl pensiya fondu yaransa bir şey dəyişər.
    2 years ago
  • Nəvai Mirzəyev
    Mənim atam 62 yaşında dünyasın dəyişdi. Pensiya almadan. Pensiya kapitalı 50 mindən çoxdu. Bu kapital ora havadan yığılmayıb. Ölən adamın pensiya kapitalının heç olmasa yarısın ailəyə verin xahiş edirəm.
    2 years ago
  • Elbrus
    Bu sehvdi, pensiya fonduna yigilan pulu ele həmin adamın özüne verlsn, bugün mənim banka 12000borcum var evimde prablem var amma pensiya fondumda yigilan pulu gotre bilmirəm bugünkü gündə lazmdi mene ölenen sora azzarim olsun o pensiyaya! Bidene duz əməlli milletin xeyrne danşmirsizda besdirinde, herşey Avropadaki kimidi birce pensiya fonduza pul çatmır besdrn SenAllah
    2 years ago
  • Fərid
    Məcburi dövlət sosial sığorta olduğuna görə yığılan kapital həmin şəxs dünyasını dəyişərsə onun ailəsinə və yaxud variainə tam şəkildə ödənilməlidi
    2 years ago
  • Fərid
    Məcburi dövlət sosial sığorta olduğuna görə yığılan kapital həmin şəxs dünyasını dəyişərsə onun ailəsinə və yaxud variainə tam şəkildə ödənilməlidi
    2 years ago
  • Rəhim
    Salam. Vətəndaş vicdanla işləyib təqaüdə çıxandan sonra onun məvacibinin vaxtında verilməməsinə görə məhsul şəxsin məsuliyyətini yaratmalıdır. Lazım gəlsə məsələ qabarıq milli məclisdə müzakirəyə çıxarılmalıdır! Bir sözlə pensiyaçılara vicdanla xidmət göstərin!
    2 years ago
  • Nigar
    Avropada her kesin oz bankda scotu var pullar ora yigilir. Vetendas oz pulunu istese alir xercleyir. Bizde butun azer aycan prakurorlarin 3min 4 min almasi ucun canlari i feda edirler Pensiya islahati kecirilmelidir. Olenlerin pulunu 5000 alanlar xercleyir
    2 years ago
  • Elsen
    Avropa ilə müqasiyə edende camaatın aldığı maaslara nəzər yetir ay ağıllı ekspert.Ele senin kimi düşünənlərin ucbatından ölkədə veziyyet budur.Serefsiz.
    2 years ago
  • Yusif
    Ölənin kapitalı ölen şexsin aliesine ve ya vereselerine, pensiya kapitalı yığılan şexsin de kapitalı istenilen vaxt özüne verilmelidir !!
    2 years ago
  • Yusif
    Sen avropaya çatmısan ?!???? cenab vekil !!
    2 years ago
  • Orkhan Sharif
    Avropa elə Avropadır!
    2 years ago