Vəkilliyə qəbul imtahanının nəticələri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Vəkilliyə qəbul imtahanının nəticələri açıqlandı

Sosial

02 Oktyabr 2021 20:43 879


Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün keçirilən imtahanın nəticələrini açıqlayıb.

DİM-dən Yenisabah.az-a verilən məlumata görə, yazılı şəkildə keçirilən imtahan kompüterlər vasitəsilə 2 növbədə təşkil olunub. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim edilib.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların hərarəti məsafədən ölçə bilən elektron termometrlə yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. pizza mizza

Xatırladaq ki, qeydiyyatdan keçmiş 280 namizəddən 7-si imtahana gəlməyib. İmtahan verən 273 namizəddən 130 nəfər 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

"İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 4-7-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası)"-deyə DİM-nin məlumatında qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!