Vətən müharibəsində şəhid olan futbol ailəsi üzvlərinin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsində şəhid olan futbol ailəsi üzvlərinin sayı açıqlandı

Hadisə

06 Yanvar 2021 19:09 757


AFFA-nın Qeydiyyat sistemində müxtəlif vaxtlarda qeydiyyatdan keçmiş 191 nəfər 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına şəhid olub.

Yenisabah.az xəbər verir ki, onlardan 190 nəfəri oyunçu, biri isə məşqçi kimi sistemdə qeydiyyatda olub. Şəhidlərin ən gənci 2002-ci il, ən yaşlı olanı isə 1982-ci il təvəllüdlüdür.

2009-cu ildən bu günədək 212.000-dən çox şəxs AFFA-nın Qeydiyyat sistemində qeydiyyata alınıb. Bu sistem futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyatını əhatə edir. pizza sifarişi

Xatırladaq ki, şəhid olan mülki şəxslər arasında Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvü Şəhriyar Qurbanov da var.

Allah bütün şəhidlərimizə rəhmət etsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!