Vilayət Eyvazov Bakıda yeni rəislər təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazov Bakıda yeni rəislər təyin etdi

Sosial

04 Sentyabr 2019 14:37 1696


Daxili İşlər orqanlarında növbəti təyinatlar olub.

“Yeni Sabah” Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Yunis Ələsgərov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi təyin olunub.  pizza mizza

Y.Ələsgərov bundan əvvəl həmin bölmənin rəis müavini olub.

Nazirin digər əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə rəis təyin edilib. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimaz Yusifli bu vəzifəyə təyinat alıb.

Bakı Şəhər Baş Polis İdarəsindən təyinatları saytımıza təsdiq ediblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!