Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib.
"Yeni Sabah" xəbər verir ki, nazirin əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayev “İnterpol”un Azərbaycandakı Milli Mərkəzi Bürosunun rəisi təyin olunub.
Bundan öncə həmin vəzifəni tutan Mehman Təhməzov təqaüdə göndərilib. Pepperoni pizza
Qeyd edək ki, bu ilin yayında polkovnik Ə.Ağayevin ailəsində faciə baş verib. Onun 28 yaşlı oğlu Orxan Ağayev Nərimanov rayonunda yerləşən 5 mərtəbəli binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar etmişdi. Ə.Ağayevin iki oğlu olub. Orxan Ağayev subay olub. Hadisədən sonra faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanmışdı.
Telegram kanalımız