Virus yayılan şəhərdə xəstəxana tikintisi başladı -   Cəmi 10 günə hazır olacaq

saytların hazırlanması

Evə çatdırılma

Virus yayılan şəhərdə xəstəxana tikintisi başladı - Cəmi 10 günə hazır olacaq

Dünya

24 Yanvar 2020 19:47 1393


Yanvarın 23-də Çinin Uxan şəhərində yeni növ koronavirusa (2019-nCoV) yoluxanlar üçün xüsusi xəstəxananın inşasına başlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Çinin "CGTN” televiziyası xəbər yayıb.

Layihəyə görə, xəstəxananın sahəsi 25 min kvadrat metr olacaq. Tibb müəssisəsi min nəfər üçün nəzərdə tutulub. Obyektin fevralın 3-də istifadəyə verilməsi planlaşdırılır. pizza

Ümumdünya Səhiyyə Təşkilatı dünyanın bütün ölkələrinə yeni növ koronavirus səbəbindən tədbir görməyə hazır olmağı tövsiyə edib.

Ən son məlumatlara görə, virus səbəbindən 26 nəfər ölüb, 800-dən çox adam virusa yoluxub. /Xəzərxəbər.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!