VTB Bank 200 milyondan çox zərər etdi

saytların hazırlanması

Evə çatdırılma

VTB Bank 200 milyondan çox zərər etdi

İqtisadiyyat

05 Oktyabr 2026 14:17 62


VTB Bank (Azərbaycan)ın 2026-cı ilin 2-ci rübünə olan hesabatında diqqətçəkən mənzərə yaranıb.

“Yeni Sabah” xəbər verir ki, bankın yığılmış zərəri 207,575 milyon manata çatıb. Bankın fəaliyyətini qoruyan yeganə amil səhmdarların yatırdığı 315,815 milyon manatlıq nizamnamə kapitalıdır. Məhz bu vəsaət hesabına 1-ci dərəcəli kapital 97,149 milyon manat, məcmu kapital isə 105,075 milyon manat olaraq müsbətdə qalıb.

Yüksək zərərə baxmayaraq, adekvatlıq göstəriciləri normativləri üstələyir. 1-ci dərəcəli kapitalın adekvatlığı 31,7% (norma min. 5,5%), məcmu kapitalın adekvatlığı 34,3% (norma min. 10,5%), leverec əmsalı 28,47% (norma min. 4%), risk dərəcəli aktivlər isə 306,259 milyon manat təşkil edib. Marqarita pizza

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!