16 Avqust - 04:54
Vüqar Əhmədov vətəndaşları qəbul etdi

Vüqar Əhmədov vətəndaşları qəbul etdi

Sosial

06 İyul 2022 17:26 607


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov iyulun 6-sı saat 10:00-da Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.

Yenisabah.az xəbər verir  ki, qəbul Naftalan şəhəri, H.Əliyev prospekti 73 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçirilib. 

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutub. 

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Naftalan şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!