Aparıcı Vüsalə Əlizadənin yeni mövsümdə Xəzər TV-də olmayacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gəlib.
“Yeni Sabah” xəbər verir ki, aparıcı sosial media hesabında Xəzər TV-nin binasının görüntüsünü paylaşaraq kanal ilə bağlı planını nümayiş etdirib. Paylaşımından onun yeni mövsümdə də Xəzər TV-də fəaliyyət göstərəcəyi məlum olub.
Vüsalə Əlizadənin kanalın yeni mövsüm anonslarında görünməməsi onun Xəzər TV-dən ayrılacağı barədə söz-söhbətlərə səbəb olmuşdu. Həmçinin aparıcıya ARB TV-dən təklif gəldiyi iddia edilirdi. pizza
Qeyd edək ki, Vüsalə Əlizadə uzun müddət Xəzər TV-də yayımlanan “İncə səhər” proqramının aparıcısı olub. Aparıcı ötən mövsüm səhhəti ilə əlaqədar səhər efirindən uzaqlaşdığını bildirmişdi.
Telegram kanalımız