Brilliant Dadaşova efirdə səhnə mədəniyyəti və musiqi keyfiyyəti ilə bağlı fikirlərini bölüşüb.
“Yeni Sabah” xəbər verir ki, Xalq artisti “Öz aramızda” proqramında çıxışı zamanı əvvəlki illərdə sənət adamlarının tamaşaçı qarşısında daha böyük məsuliyyət hiss etdiklərini bildirib:
"Əvvəl televiziyaya çıxanda, radioda olanda, studiyada mahnı yazdıranda bilirdik ki, tamaşaçı əyləşib bizi dinləyir. Ona hörmət edirdik. Anlayırdıq ki, tamaşaçının səviyyəsi, intellektual səviyyəsi var. Onun qarşısında pis mahnı oxumaq olmaz. Düzgün ifa etmək lazımdır. Elə mahnı seçməlisən ki, sənin tamaşaçıya olan hörmətin bəlli olsun”. pizza mizza
Xalq artisti qeyd edib ki, efirdə savadlı və keyfiyyətli musiqi təqdim etmək hər bir ifaçının borcudur:
“Musiqi savadı, özünü aparmaq, danışıq yaxşı olmalıdır. Efirə çıxırıqsa, xalqa məxsus olan şəxslərik. Onların gözündə musiqi düzgün olmalıdır. İndi də gözəl bəstəkarlarımız, şairlərimiz var. Biz səhnəyə çıxanda onu nəzərə almalıyıq. Bəzi kütlədən başqa bizim səviyyəli tamaşaçımız da var, bunu nəzərə almalıyıq. Səhnəyə çıxan insan ali təhsil almalıdır".
Telegram kanalımız