Tacir Şahmalıoğlu Bakıdan köçür

saytların hazırlanması

Evə çatdırılma

Tacir Şahmalıoğlu Bakıdan köçür

Şou

01 İyun 2026 15:26 161


"Sənətin pik nöqtəsindəyəm. Ona görə də şanslıyam".

"Yeni Sabah" axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Bir gün" verilişində deyib.

Onun sözlərinə görə, ən böyük arzusu Ağdama köçməkdir: Dominos pizza

"Amma həyatda şanslı deyiləm. Çünki atam, babam 1905-ci ildə Ağdama gəliblər. Dəfələrlə müharibədə olublar. 1988-ci ildən qaçqın düşdük, evimiz məhv oldu. Amma Prezident, şəhidlər və qazilər sayəsində Qarabağ qayıtdı. İndi itirdiyim Ağdam yoxdur, xarabalıq gördüm. İndi gözəlləşir. Biz də növbəti dəfələrdə köçəcəyik. Bizim də evimiz var. Bakıda evim var, Ağdamda yaşayacağam. Bu, arzumdur. Mənim arzum yurdumda yaşamaq, ağaclar əkməkdir. Ağdamda yaşamaq xoşbəxtlikdir, hər yar dağdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!