Azərbaycan kinosunun Makedonu   VƏFAT ETDİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan kinosunun Makedonu VƏFAT ETDİ

Mədəniyyət

31 May 2026 14:05 46


“Bizim Cəbiş müəllim” filmində məşhur Makedon obrazını oynayan Aqil Ağacanov vəfat edib. 

“Yeni Sabah” Manset.az-a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlik səbəbindən 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Aqil Ağacanov 22 avqust 1949-cu ildə Bakının Sabunçu rayonunun Pirşağı kəndində anadan olub. Dördpendirli pizza

Bakı şəhəri 112 saylı orta məktəbi 8 illik sistemlə bitirib. Sonra gecə məktəbində Ramana müəllimlərindən təhsil alıb.

Uzun müddət aşpaz, xüsusilə də kababçı kimi fəaliyyət göstərib. Bütün Bakı kəndlərində onu elə kababçı Aqil kimi tanıyırlar. Ailəlidir, ikisi qız və biri oğlu var.

A.Ağacanovun oynadığı Makedon rolu "Bizim Cəbiş müəllim" filmindəki maraqlı obrazlardan biridir. Onu filmə təsadüfən çəkiblər. Belə ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq, Aqili Makedon roluna sınaqlara çağırır. Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsir ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək və belə də olur.

A.Ağacanov “Bizim Cəbiş müəllim” filmi ilə yanaşı “Yuxu” adlı ekran əsərində də çəkilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!