Bayram günlərində (27-31 may) Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə ümumilikdə 9592 çağırış daxil olub.
Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
Məlumata görə, 899 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya edilib, digər şəxslərə isə hadisə yerində zəruri tibbi yardım göstərilib. Sezar pizza
Ən çox müraciət mayın 28-də qeydə alınıb. Həmin gün təcili tibbi yardım xidmətinə 2061 çağırış daxil olub, onlardan 190 nəfər hospitalizasiya olunub.
Qeyd olunub ki, çağırışların əsas səbəblərini arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər təşkil edib.
Aytac Əliyeva
Telegram kanalımız