Sahibə Qafarova sərəncam imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Sahibə Qafarova sərəncam imzaladı

Siyasət

01 İyun 2026 16:02 455


Azərbaycan parlamentinin növbədənkənar sessiyası çağırılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Məclisinin sədri Sahibə Qafarova sərəncam imzalayıb.

Qanunverici orqanın 82 deputatı növbədənkənar sessiyanın çağırılması tələbi ilə spikerə müraciət ünvanlayıb. S.Qafarova sərəncamı həmin tələb əsasında imzalayıb. pizza hut

Növbədənkənar sessiya iyunun 1-dən çağırılıb.

Qeyd edək ki, Milli Məclis ildə iki növbəti sessiyaya (yaz və payız) toplanır. Parlamentin Yaz sessiyası fevralın 1-dən mayın 31-ə, Payız sessiyası isə sentyabrın 1-dən dekabrın 30-dək davam edir. Qeyd olunan tarixlərdən kənar dövrdə isə (yay tətili dövründə) zərurət yarandıqda Milli Məclisin növbədənkənar sessiyaları da çağırıla bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!