Xəstə olduğu deyilən Lukaşenko Rusiyada işgüzar səfərdədir

saytların hazırlanması

Evə çatdırılma

Xəstə olduğu deyilən Lukaşenko Rusiyada işgüzar səfərdədir

Dünya

24 May 2023 14:19 692


Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 24-də Rusiyaya işgüzar səfər edib. 

“Report” xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Aleksandr Lukaşenko II Avrasiya İqtisadi Forumunda iştirak edəcək. pizza sifarişi

Məlumata görə, Belarus Prezidentinin səfər proqramı çox əhatəlidir. Onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü də planlaşdırılıb. 

Qeyd edək ki, Aleksandr Lukaşenko sonuncu dəfə bu il mayın 9-da Böyük Vətən Müharibəsində qələbənin 78-ci illiyinə həsr olunan paradda iştirak etmək üçün Moskvada səfərdə olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!