Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan yeni paylaşım

saytların hazırlanması

Evə çatdırılma

Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan yeni paylaşım

Şou

21 Mart 2026 11:57 476


Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov sosial media hesabında yeni paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, o, Azərbaycan xalqını Novruz və Ramazan bayramları münasibətilə təbrik edib. 

“Milli adət-ənənələrimiz bizi doğma Vətənimizə və köklərimizə qırılmaz tellərlə bağlayan ən dəyərli mənəvi sərvətimizdir. Marqarita pizza

Bu il mart ayının 20-si təqvimdə ikiqat əlamətdar tarix kimi yer alır. Milli dəyərimiz olan Novruz ilə müqəddəs Ramazan bayramının eyni günlərdə qeyd olunması təbiətin oyanışı ilə ruhumuzun saflaşmasının mənəvi vəhdətini təcəssüm etdirir. Bu xoş təsadüf birliyimizi daha da möhkəmləndirir, qəlblərimizə sonsuz sevinc bəxş edir.

Hər birinizə uzun ömür, möhkəm can sağlığı, bahar əhval-ruhiyyəsi, xoşbəxtlik arzu edirəm. Dualarınız qəbul, süfrəniz həmişə bərəkətli olsun! Bayramlarınız mübarək!”.
AYDAN HACI


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!