Xətai rayonunda sakinlərlə növbəti səyyar görüş keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xətai rayonunda sakinlərlə növbəti səyyar görüş keçirildi - Fotolar

Sosial

07 Aprel 2022 21:48 365


Xətai Rayon İcra Hakimiyyəti başçısının və aparatın rəhbər işçilərinin keçirdikləri şifahi qəbullarla yanaşı mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar görüşlərin keçirilməsinə start verilib.

Yenisabah.az xəbər verir ki, bu gün rayon ərazisindəki 17 saylı tam orta məktəbdə keçirilən növbəti görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.

Görüşdə çıxış edən icra başçısı Rafiq Quluyev cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq əldə olunan uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. İcra başçısı 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə qalib Ordumuzun düşməni məhv edib torpaqlarımızı işğaldan azad etməsini və azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğunu xüsusi vurğulayıb. Pepperoni pizza

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxışında bildirib ki,  bu gün ölkəmizin hər bir bölgəsində, o cümlədən Xətai rayonunda geniş tikinti, abadlıq-quruculuq işləri həyata keçirilir, yeni yollar çəkilir, sosial layihələr reallaşdırılır: "Ölkəmizin hər regionunda insanların rahatlığının təmin olunması, sahibkarlığın inkişafı üçün bütün zəruri işlər görülür. Vətəndaş məmnunluğunun artırılması üçün dövlət zəruri olan bütün addımları atır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində cari ildə imzaladığı Fərman və Sərəncamlar da hər bir ailəni əhatə etməklə onların həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir".

Səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə  müvafiq tapşırıqlar verilib.  

Görüş  sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!