“Xəyanət edir, sonra da deyir ki, səhv etdim, yalandır!”

saytların hazırlanması

Evə çatdırılma

“Xəyanət edir, sonra da deyir ki, səhv etdim, yalandır!”

Sosial

31 Mart 2023 17:40 1504


Son illərin statistikası göstərir ki, Azərbaycanda boşanmaların sayı durmadan artır. Burada qadınlar kişiləri günahlandırır, kişilər də qadınları. Yaşlı nəsil isə texnologiyanı. Amma istənilən halda müzakirələrdə qadınlar haqda ittihamlar ön planda olur. Daha çox səbəb kimi qadınların xəyanəti vurğulanır. 

Tanınmış kulturoloq Aydın Xan Əbilovun səsləndirdiyi “Bu gün qadınlar boşanmağa meyllidir, azad sevgi istəyirlər” fikirləri müzakirələri daha da alovlandırıb.

Bəs görəsən, boşanmaların səbəbi qadın, kişi, yoxsa sosial şəbəkələrdir? pizza hut

Suallara psixoloq Vüsalə Rüstəmlə birgə cavab axtarmışıq. O, Yenisabah.az-a açıqlamasında bildirib ki, xəyanətdə yalnız qadınların suçlanması tamamilə yanlış yanaşmadır:

“Xəyanətdə ancaq qadınların günahlandırılması tamamilə yanlış fikirdir. Xəyanətin cinsi olmur. Bu, fərdin şəxsi xüsusiyyətləri və xarakteri, yaşadığı müddət ərzində daxili boşluğunu nizamlaya bilmədiyi üçün verdiyi bir qərardır. Yəni çox insanın dediyi kimi “mən səhv etdim”. Elə bir şey yoxdur. Azyaşlı uşaqlar nəyisə düşünmədən edə bilər. Kamil insan isə seçim edir, düşünərək addım atır. Doğrudur, az düşüncəli və həyatı ancaq qidalanma və istəklər üzərində qurulan insanlarda addımlar düşünülmədən atılır. Biz istəməsək də, cahillik cəmiyyətə təsir edir. Yəni düşünə bilmir, ancaq kobud da səslənsə, vəhşi canlılar kimi ehtiyacını ödəyir. Xəyanət dedikdə ağlımıza birinci qadın gəlməməlidir”. 

Onun sözlərinə görə qadınlar heç də azad sevgi yaşamaq üçün boşanmırlar: 

“Heç bir qadın isti evini və ailəsini sonu bilinməyən həyat üçün atmaz. Qadının ona hörmət edən, sevən həyat yoldaşı, isti evi varsa, boşanmaz. İstisnalar çox azdır. 

Qayğısız, sevgisiz, daim təhqir altında qalan, özü bir kənara, ərinin qohum-əqrəbası tərəfindən sıxışdırılan qadın o evdə neçə müddət yaşaya bilər? Mümkünsüzdür! Cinayət hadisələrinin çoxu dözərək yaşayan qadınların başına gəlir, ya da qadınla uşağın psixi durumu çox ağır vəziyyətdə olur. 

Bəzən deyirlər ki, nənələrimiz necə dözürdü? Axı o zamanlar sosial vəziyyət bu qədər çətin deyildi, narkotik, spirtli içki aludəçiliyi bu qədər artmamışdı. Ailə cəmiyyətin güzgüsüdür. Cəmiyyətdə normal olmayan hallar varsa, bu, ailəyə də təsir edəcək. Ailədə fərdlər o zaman dözümlü olur ki, sevgi və qayğı var. Yəni münasibətlər pozulsa belə, bunlar varsa, hər iki şəxs danışaraq ailəni qoruya bilir”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!