Xəzərdə itkin düşən neftçinin meyiti tapıldı
10 Avq 2020 21:21
374

Xəzərdə itkin düşən neftçinin meyiti tapıldı

“Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan “Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsinin 3-cü mədəninin operatoru, 1975-ci il təvəllüdlü Kazımov Elşənin meyiti dənizdən çıxarılıb.  

Yenisabah.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi, "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı "Facebook"da məlumat yayıb.

Qeyd edək ki, ötən gün “Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Kazımov Elşən Səfiyar oğlunun növbənin sonunda - saat 19:00 radələrində iş yoldaşları tərəfindən özüldə olmadığı müəyyən edilmişdi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər