Xəzərdə qanunsuz ov edənlər cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə qanunsuz ov edənlər cəzalandırıldı

Sosial

13 Dekabr 2021 16:17 548


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində və Yenikənd su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Yenisabah.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Gülağa Qasımov, İsmayıllı rayon sakini Ramil Məhərrəmov, Xaçmaz rayon sakini Xəqani Müseyibov, Şəmkir rayon sakini Səbuhi Səfərov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Neftçala rayonunda isə qanunsuz ov edən Bakı şəhər sakinləri Zaur Namazov, Zahir Həsənov və Elşad Şükürov saxlanılıb: “Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”. pizza sifarişi

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!