Xəzərdə tapılan qalıqların kimə məxsus olduğu müəyyənləşdi - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə tapılan qalıqların kimə məxsus olduğu müəyyənləşdi - RƏSMİ

Sosial

09 Dekabr 2021 11:18 692


2015-ci il dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş verən qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyitinin tibbi ekspertizasından sonra şəxsiyyəti müəyyənləşib.

Meyit ölən neftçilərdən birinə - Bəhmən Cəfərova məxsusdur.

Yenisabah.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. pizza sifarişi

Qeyd edək ki, 2015-ci ildə Xəzər dənizində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!