Xırdalandakı bazarda yanğın söndürülüb.
Yenisabah.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. pizza
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
İlkin məlumata əsasən, yanğın nəticəsində bazar ərazisində 5 kvadratmetr sahədə piştaxta və plasmas su çəni yanıb.
***
Xırdalan şəhərində yerləşən bazarlardan birində yanğın başlayıb.
Yenisabah.az xəbər verir ki, hadisə yerindən görüntülər yayılıb.
Həmin videonu təqdim edirik:
/Manşet.az
Telegram kanalımız