Xorvatiya Ukraynaya 14 helikopter verdi

saytların hazırlanması

Evə çatdırılma

Xorvatiya Ukraynaya 14 helikopter verdi

Dünya

26 Fevral 2023 10:38 517


Xorvatiya Ukraynaya 14 "Mi-8" helikopterini təhvil verməyə hazırlaşır. 

Yenisabah.az "Jutarnji list"ə istinadla xəbər verir ki, helikopterlər təqribən 10 gün ərzində göndərilməyə hazır olacaq.

12 "Mi-8MTV-1" və 2 "Mi-8T" helikopteri Xorvatiya Silahlı Qüvvələrinin balansından çıxarılıb və hazırda Velika Qoritsadakı aviasiya texniki mərkəzində onlara texniki xidmət göstərilir. Dominos pizza

Digər işlərlə yanaşı, helikopterlərdə mövcud olan bütün tanınma nişanları götürülür, təmir-bərpa işləri aparılır.

Xorvatiya hökuməti Ukraynaya bütün hərbi yardımı ictimaiyyətə qapalı şəkildə təsnif etdiyi üçün jurnalistlər hakimiyyət orqanlarından rəsmi təsdiq ala bilməyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!