Yağıntılı hava şəraitilə əlaqədar əsas yollarda sürət həddi endirildi

saytların hazırlanması

Evə çatdırılma

Yağıntılı hava şəraitilə əlaqədar əsas yollarda sürət həddi endirildi

Sosial

20 Yanvar 2022 09:36 518


Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraitilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saat endirilib. 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Yenisabah.az-a verilən məlumata görə, bu gün üçün proqnozlaşdırılan hava şəraitilə əlaqədar hərəkət iştirakçılarına ehtiyyatlı olmalarını tövsiyə edilir.

"Hərəkətin təhlükəsizliyi üçün sürücülər sürət həddinə əməl etməli və meterioloji amilləri nəzərə almalıdırlar. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etsinlər. pizza sifarişi

Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir" , - deyə məlumatda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!