Yağışlı hava ilə bağlı onlara   TƏCİLİ XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Yağışlı hava ilə bağlı onlara TƏCİLİ XƏBƏRDARLIQ

Sosial

31 Avqust 2026 11:12 82


Yağışlı hava şəraiti yollarda hərəkət təhlükəsizliyinə ciddi təsir göstərir.

"Yeni Sabah" xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə yağışlı hava şəraitində daha diqqətli və məsuliyyətli olmağı tövsiyə edib.

Bildirilib ki, yağıntı zamanı yol örtüyünün sürüşkən olması, görünüş məsafəsinin azalması və nəqliyyat vasitəsinin tormoz yolunun uzanması qəza riskini artırır. Dördpendirli pizza

BDYPİ sürücülərə belə hava şəraitində sürəti yolun və havanın imkan verdiyi təhlükəsiz həddə qədər azaltmağı, qarşıdakı nəqliyyat vasitəsi ilə ara məsafəsini artırmağı, kəskin manevrlərdən və qəfil tormozlamadan çəkinməyi tövsiyə edib.

İdarə diqqətə çatdırıb ki, yol nişanında göstərilən maksimal sürət həddi istənilən hava şəraitində həmin sürətlə hərəkətin təhlükəsiz olduğu anlamına gəlmir. Sürücü mövcud yol və hava şəraitini nəzərə alaraq sürəti düzgün seçməlidir.

Qeyd olunub ki, yağışlı havada sürətin azaldılması təhlükəsiz hərəkətin əsas şərtlərindən biridir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!