Yaponiyada 13 yaşlı qız smartfona görə anasını öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada 13 yaşlı qız smartfona görə anasını öldürdü

Dünya

18 Yanvar 2023 23:50 670


Yaponiyanın Şizuoka prefekturasında məktəbli qız yatmış anasını vəhşicəsinə bıçaqlayaraq ölümünə səbəb olub.

Yataq otağında bıçaqlanmış qadını aşkar edən xadimə polisə müraciət etsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınları 13 yaşlı qızın anasına ölümcül yaralar vurduğunu bildiriblər, qız törətdiyi əməli polisə etiraf edib. pizza hut

Məlum olub ki, məktəbli qətldən bir qədər əvvəl daim smartfondan istifadə etdiyi üçün anası ilə mübahisə edib və onu öldürmək qərarına gəlib. Qız anası yuxuya gedənə qədər gözləyib, yataq otağına girib və qadına bıçaqla hücum edib. Həmin bıçaq hadisə yerində aşkarlanıb.

Məktəbli yetkinlik yaşına çatmayan cinayətkarlarla iş üçün xüsusi müəssisəyə yerləşdirilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!