Yaponiyanın şimalındakı Hokkaydo prefekturasının sahillərində 6 maqnitudalı zəlzələ baş verib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 173 min nəfərin yaşadığı Obihiro şəhərindən 125 km cənubda yerləşib. Zəlzələ ocağı 43 km dərinlikdə olub. Sezar pizza
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
Daha əvvəl Yaponiyada 5,9 maqnitudalı zəlzələ nəticəsində 40-a yaxın insan xəsarət alıb./Report
Telegram kanalımız