Yaponiyada partlayış - 1 nəfər öldü, 18 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada partlayış - 1 nəfər öldü, 18 nəfər yaralandı

Dünya

30 İyul 2020 12:21 767


Yaponiyanın Fukuşima vilayətinin Koriyama şəhərində restoranlardan birində partlayış baş verib.

Yenisabah.az xəbər verir ki, hadisədən dərhal sonra bölgəyə yanğınsöndürən  və təhlükəsizlik qüvvələri cəlb edilib. 

Bildirək ki, partlayış nəticəsində 1 nəfər ölüb, ən az 18 nəfər isə yaralanıb. Binanın yaxınlığında yerləşən ev və iş yerlərinə də müəyən qədər zərər dəyib. Yanğınsöndürənlər partlayışın yaşandığı ərazidə 6 propan qaz tankının olduğunu və  3 tankda isə sızma aşkar edildiyini açıqlayıb. Dəqiq səbəb hələ aşkarlanmamış olsa da, partlayışın qaz sızması səbəbilə meydana gəldiyi güman edilir. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!