Yaponiyada yanğında 4 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada yanğında 4 nəfər öldü

Dünya

22 Yanvar 2023 10:01 591


Yaponiyanın Kobe şəhərində yaşayış kompleksində yanğın baş verib. 

“Report” yerli NHK telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, daha 4 nəfərin isə vəziyyəti ağırdır. 

Yerli polisin məlumatına görə, Kobe qatar stansiyası yaxınlığındakı yaşayış kompleksində yanğınla bağlı yanğınsöndürmə idarəsinə zəng yerli vaxtla saat 01.30 radələrində (Bakı vaxtı ilə 20:30) daxil olub.  Sezar pizza

Yanğın yalnız üç saatdan sonra söndürülüb. Üç mərtəbəli binanın birinci mərtəbəsində dörd nəfərin meyiti aşkarlanıb. Yaşı 40-70 arasında olan daha 4 nəfər xəstəxanaya yerləşdirilib. Onlar huşsuzdurlar və ağır vəziyyətdədirlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!