Yarmarka və sərgilər dayandırıldı -   Virus həyəcanı gündəmdə

saytların hazırlanması

Evə çatdırılma

Yarmarka və sərgilər dayandırıldı - Virus həyəcanı gündəmdə

Dünya

05 Sentyabr 2026 13:04 55


Uruqvayın cənub-qərbində yerləşən Koloniya əyalətində ev quşları arasında quş qripi virusu aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, ölkənin Heyvandarlıq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyi xəstəliyin yayılmasını təsdiqlədikdən sonra ölkə üzrə fövqəladə vəziyyət elan edib.

Qərara əsasən, kommersiya məqsədi daşımayan ev quşlarının hərəkətinə ciddi məhdudiyyətlər tətbiq olunub, yoluxmanın qeydə alındığı təsərrüfatların fəaliyyətinin dayandırılması barədə göstəriş verilib. Dominos pizza

Rəsmi Quşçuluq Monitorinq Sistemində qeydiyyatda olan quşlar isə tətbiq edilən məhdudiyyətlərdən azad edilib.

Bundan başqa, quşlarla bağlı yarmarkaların, hərracların və ictimai sərgilərin keçirilməsi dayandırılıb.

Vəhşi quşlarla təmasın qarşısını almaq məqsədilə sərbəst gəzən və ev şəraitində saxlanılan quşların qapalı və üstü örtülü yerlərdə bəslənməsi tələb olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!