Yas yerində kovid xəstəsi tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Yas yerində kovid xəstəsi tapıldı

Sosial

11 Dekabr 2021 08:54 576


İsmayıllı və Ağsuda polis əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, şəhər sakinləri Ruslan Kərimov və Rəhman Şamxalovun COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin olunub, karantin rejiminin qaydalarına riayət etmələrinin vacibliyi barədə onlara xəbərdarlıq edilib. Lakin həmin şəxslər tələbləri pozaraq yaşadıqları ünvanları tərk ediblər və polis əməkdaşları tərəfindən ictimai yerlərdə aşkarlanıblar. Onlar tibbi prosedurlar da gözlənilməklə evlərinə qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə isə koronavirus infeksiyasına yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilən Kəndoba kənd sakini Üzeyir İsmayılovun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Belə ki, onun infeksiyaya yoluxduqdan sonra yas mərasiminə getdiyi və oradakı digər şəxslərin də sağlamlığı üçün real təhlükə yaratdığı məlum olub. Sezar pizza

Ü.İsmayılov barəsində Ağsu RPŞ-də cinayət işi başlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!