Yasamal sakinlərinə ŞAD XƏBƏR -   Təhlükə aradan qaldırılır

saytların hazırlanması

Evə çatdırılma

Yasamal sakinlərinə ŞAD XƏBƏR - Təhlükə aradan qaldırılır

Sosial

07 Sentyabr 2026 10:49 103


Yasamal rayonunda istismar müddəti uzun olan çoxmənzilli yaşayış binalarında təmir-bərpa və abadlıq işləri aparılır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Yasamal Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, işlər çərçivəsində binaların qəzalı vəziyyətdə olan eyvanları bərpa edilir, sakinlər üçün təhlükə yaradan konstruksiyalar yenilənir. Həmçinin köhnə fasadlarda təmir işləri aparılaraq binalara daha müasir görünüş verilir. pizza sifarişi

Bununla yanaşı, binaların xarici görünüşünün yaxşılaşdırılması, daş üzlüklərin bərpası və ətraf ərazilərdə abadlıq işlərinin görülməsi də həyata keçirilir.

Təmir-bərpa prosesinə xüsusi texnika cəlb olunub. Görülən işlərin əsas məqsədi sakinlərin təhlükəsizliyinin təmin edilməsi, yaşayış binalarının istismar müddətinin uzadılması və rayonun şəhərsalma görünüşünün yaxşılaşdırılmasıdır.

Yasamal rayonunda bu istiqamətdə yenilənmə və abadlıq işlərinin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!