“AzerGold” Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil edib

saytların hazırlanması

Evə çatdırılma

“AzerGold” Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil edib

İqtisadiyyat

06 Noyabr 2026 16:50 95


8 Noyabr – Zəfər Günü münasibətilə “AzerGold” QSC tərəfindən şəhid ailələrinin üzvlərinin iştirakı ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin qeyd olunmasına və qəhrəmanlarımızın əziz xatirəsinin yad edilməsinə xidmət edən silsilə tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda qeydiyyatda olan şəhid ailələrinin üzvləri üçün paytaxt Bakıya ikigünlük səfər proqramı həyata keçirilib.

Səfər çərçivəsində şəhid ailələrinin üzvləri “AzerGold” QSC-nin rəhbərliyi və kollektivi ilə birlikdə Zəfər Muzeyini ziyarət ediblər. “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov şəhid ailələrinin üzvləri ilə görüşüb. Görüşdə şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Şəhid ailələrinə göstərilən diqqət və qayğının cəmiyyətin hər bir üzvünün mənəvi borcu olduğu vurğulanıb, bu istiqamətdə həyata keçirilən təşəbbüslərin əhəmiyyəti qeyd edilib. pizza hut

Zəfər Muzeyində qonaqlar Qarabağ və Şərqi Zəngəzurun qədim tarixinə, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi köklərinə, 44 günlük Vətən müharibəsinə, “Dəmir Yumruq” əməliyyatına və Şanlı Zəfərə həsr olunmuş ekspozisiyalarla tanış olublar. Şuşanın azad olunmasını, qəhrəmanlıq salnaməsini, 20 sentyabr 2023-cü il tarixində dövlət suverenliyimizin bərpasını, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan dirçəliş və quruculuq proseslərini əks etdirən materiallar qonaqların diqqətinə çatdırılıb.

İkigünlük proqram çərçivəsində qonaqlar, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı tarixi Qələbənin simvollarından biri olan Hərbi Qənimətlər Parkında olublar. Şəhid ailələrinin üzvləri Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrini əks etdirən ekspozisiyalarla yaxından tanış olub, işğaldan azad edilmiş torpaqlarımızda aparılan döyüşlər, düşməndən qənimət götürülmüş hərbi texnika və eksponatlar barədə ətraflı məlumat əldə ediblər.

Səfər proqramı çərçivəsində şəhid ailələri üçün Nizami Kino Mərkəzində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gətirilmiş “44” bədii filminin nümayişi də təşkil olunub.

Qeyd edək ki, şəhid ailələrinə və müharibə iştirakçılarına dəstək “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət siyasətinin prioritet istiqamətlərindəndir. Cəmiyyət bu kateqoriyadan olan şəxslərin sosial rifahının yüksəldilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və mənəvi dəstəklə təmin olunması məqsədilə davamlı olaraq müxtəlif layihələr və təşəbbüslər, o cümlədən görüşlər həyata keçirir.

Hazırda “AzerGold” QSC-də, onun törəmə cəmiyyətlərində və uzunmüddətli podratçı şirkətlərdə ümumilikdə 350 şəhid ailəsi üzvü və müharibə iştirakçısı çalışır. Bununla yanaşı, onlar Cəmiyyətin həyata keçirdiyi təhsil, peşə hazırlığı və sosial dəstək layihələrinin əsas iştirakçılarıdır.

“AzerGold” QSC şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğının davamlılığını təmin etməklə, onların sosial rifahının yüksəldilməsinə, məşğulluq imkanlarının genişləndirilməsinə və cəmiyyətə inteqrasiyasına bundan sonra da töhfə verməyi hədəfləyir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!