Yasamalda neçə “xruşovka” sökülür?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda neçə “xruşovka” sökülür? - AÇIQLAMA

Sosial

16 Noyabr 2021 20:14 1858


Bakının Yasamal rayonundakı A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən “xruşovka”ların mərhələli şəkildə söküntüsünə başlanması barədə məlumat vermişdik.

Yenisabah.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov Baku.vs-yə bildirib ki, icra olunan layihə üzrə 4 binanın sökülməsi nəzərdə tutulub:

“Hazırda dörd binanın sakinlərinin hələlik birincisi köçürülür. İnsanların binadan köçürülməsi başa çatdıqdan sonra söküntü üçün icazə alınacaq və bu, icra ediləcək. Sonradan yerində bina tikiləcək. Mərhələli şəkildə digər 3 binanın söküntüsünə başlanılacaq. Dominos pizza

Yasamal rayonu ərazisində istismar müddəti başa çatmış “xruşovka”lar çoxdur. Təqribən 360 binanın istismar müddəti başa çatıb. Bunlar hamısı “xruşovka”lardır. Bu binalar tələblərə, seysmik normalara cavab vermir, deformasiyalar başlayıb. Bəzi yerlərdə binalar çökür, çatlar əmələ gəlib. Bu binalar artıq öz ömrünü yaşayıb qurtarıb.

Lakin bu binaların hamısının sökülməsi böyük vəsaitlər tələb edir. Hələlik bizdə bu binalarda söküntü işlərinə nə vaxt başlayacağı ilə bağlı məlumat yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!