“Yenə də ibadət edin, amma...” – Nigar Camal

saytların hazırlanması

Evə çatdırılma

“Yenə də ibadət edin, amma...” – Nigar Camal

Sosial

14 Oktyabr 2026 18:15 262


“Avroviziya 2011” qalibi Nigar Camal vahid məktəbli forması ilə bağlı müzakirələrə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, müğənni sosial şəbəkə hesabında paylaşım edərək insanları təxribatlara uymamağa və milli birliyi qorumağa çağırıb. Nigar qeyd edib ki, vahid məktəbli forması dini inancın əldən alınması demək deyil:

“Dövlətin tətbiq etdiyi vahid məktəbli geyimi ilə bağlı qaydaları başqa yerlərə yozub, milləti iki hissəyə bölmək olmaz. Təxribatlara, başqa ölkələrin daxili siyasətimizə qarışmağına icazə verməyin. Biz Vətən müharibəsini birliyimizlə qazandıq, bu bütövlüyə zərər vurmayın. Çünki vahid məktəbli forması sizin dininizi, inancınızı əlinizdən almır, əziz balalar, əziz təhsil işçiləri... Yenə ibadət edin, yenə Allahınızı tanıyın. Amma Vətəninizi hansısa şəriət ölkəsinin siyasi təxribatına qurban verməyin. Toyuqlu pizza

Ona görə ki, qız uşaqlarını məktəbin qapısında saxlayan dövlət yox, öz prinsipləri uğrunda azyaşlı uşaqlarına hicab bağladan valideynlərdir. Onlara təzyiq göstərən ana-atalardır. Həssas nöqtənizdən faydalanan şəxslərin təxribatına uymayın.

Aydın və parlaq gələcək üçün vahid məktəbli formasını sona qədər dəstəkləyirik! Dövlətimizin və Prezidentimizin yanındayıq!

Ölkəsini, Vətənini sevən hər bir sənət yoldaşım bu çağırışa qoşulmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!