Yeni Zelandiyanın təhsil naziri Kris Hipkins Casinda Ardernin istefasından sonra Yeni Zelandiyanın növbəti baş naziri olacaq.
Yenisabah.az “Radio New Zealand”a istinadla xəbər verir ki, məlumatı Leyboristlər Partiyası yayıb.
Yanvarın 22-si partiyadaxili seçkilər keçiriləcək. Leyboristlər Partiyasının yeni rəhbəri ölkənin baş naziri olacaq. pizza
Hipkins baş nazirliyə yeganə namizəddir. O artıq bu vəzifəyə təyin olunmağı səbirsizliklə gözlədiyini bəyan edib. “Mən həqiqətən bu işi səbirsizliklə gözləyirəm. Enerji və həvəs dalğası hiss edirəm. Yeni Zelandiyanın gələcəyi ilə bağlı inanılmaz dərəcədə nikbinəm”.
Bir müddət əvvəl Yeni Zelandiyanın keçmiş baş naziri Casinda Ardern istefa verdiyini açıqladıqdan bir gün sonra “uzun müddətdən sonra ilk dəfə yaxşı yatdım” demişdi.
Telegram kanalımız