Şərqi Afrika ölkəsi olan Uqandanın paytaxtı Kampalada Yeni il şənliyi zamanı izdihamda 10 nəfər ölüb.
Yenisabah.az "Reuters"ə istinadən xəbər verir ki, dünən axşam bir ticarət mərkəzində Yeni il şənlikləri keçirilib.
Şənlik çərçivəsində gecə yarısı musiqi şousu zamanı aparıcı iştirakçıları çöldə atəşfəşanlığa baxmağa təşviq edib. Dominos pizza
İştirakçılar şounu izləmək üçün hərəkətə keçərkən izdiham yaranıb.
İzdihamda 10 nəfərin həyatını itirdiyi, çox sayda yaralının olduğu bildirilir.
Telegram kanalımız