Azərbaycanın kənd təsərrüfatı naziri postuna yeni təyinat alıb.
Yenisabah.az bildirir ki, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Məcnun Qadir oğlu Məmmədov kənd təsərrüfatı naziri təyin edilib.
M.Məmmədov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Daha sonra Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsilini davam etdirib. Dominos pizza
Bundan öncə “PASHA Holding” MMC-nin Abşeronda zeytun və badam bağları salan “Grand-Agro” MMC-nin direktoru vəzifəsində çalışıb.
O, həmçinin “Agro Food Investment” MMC-nin direktoru olub.
Telegram kanalımız