Qardaşını bıçaqlayan şəxsə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Qardaşını bıçaqlayan şəxsə hökm oxundu

Kriminal

20 May 2026 20:12 108


Qardaşını bıçaqlamaqda təqsirləndirilən Rasim Qafarovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Yeni Sabah" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin qərarı ilə R.Qafarov təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum edilib. pizza sifarişi

Xatırladaq ki, prosesin əvvəlki mərhələsində çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin dörd il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Rasim Qafarova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə rəsmi ittiham irəli sürülmüşdü./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!