Yol polisindən   MÜRACİƏT

saytların hazırlanması

Evə çatdırılma

Yol polisindən MÜRACİƏT

Sosial

10 İyul 2022 17:12 1214


Qurban bayramı ilə əlaqədar nəzərdə tutulmuş istirahət günlərində, eləcə də havaların isti keçməsi ilə əlaqədar vətəndaşlara yol hərəkəti qaydalarına ciddi riayət etmələrini bir daha tövsiyə edirik.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP-nin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, xüsusilə dəniz kənarında istirahət edən şəxslərin yolun hərəkət istiqamətində avtomobil saxlamasınlar: Marqarita pizza

"Xüsusilə sürət həddi yüksək olan yollarda - Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Xəzər, Səbail və Abşeron rayonların ərazisində yol kənarında ümumi istifadədə olan yollarda maneələr yaratmasınlar. Hər hansı istehlak ehtiyaclarını ödəmək məqsədilə yol kənarında yerləşən iaşə obyektlərinin, ticarət müəssisələrinin kənarında dayanma-durma qaydalarının tələblərini pozmamağa çağırırıq. Bu cür davranışlar digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur. Hər kəsə qaydalara düzgün riayət etməli olduqlarını bir daha xatırlatmaq istəyirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!