Yol qəzalarında bir gündə 5 nəfər öldü
03 İyl 2020 12:47
243

Yol qəzalarında bir gündə 5 nəfər öldü

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilmiş 19 cinayətin üstünü “isti izlər”lə açıb.

Yenisabah.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 3 ağır yol-nəqliyyat hadisəsi nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər