Yollar tıxac, metro məhdud: Universitetlər tələbələr üçün nə edəcək?

saytların hazırlanması

Evə çatdırılma

Yollar tıxac, metro məhdud: Universitetlər tələbələr üçün nə edəcək?

Sosial

16 Sentyabr 2026 15:43 108


Bakı Metropolitenində təmir işləri ilə əlaqədar "28 May"–"Nizami" stansiyaları arasında hərəkətin məhdudlaşdırılması və yerüstü nəqliyyatda yaranan sıxlıq tələbələrin dərsə gecikməsi ilə bağlı suallar yaradıb.

"Yeni Sabah" məsələ ilə bağlı bir sıra universitetlərə sorğu ünvanlayaraq, gecikən tələbələr üçün güzəşt və ya dərs saatlarında dəyişiklik nəzərdə tutulub-tutulmadığını öyrənib.

Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, hazırda dərslər öz axarı ilə davam edir və gecikmə halları müşahidə olunmur. Dördpendirli pizza

Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, tədrisin ikinci günündə tələbələrin kütləvi şəkildə dərsə gecikməsi və ya iştirak etməməsi halları müşahidə olunmayıb.

Universitet nümayəndəsinin sözlərinə görə, bununla bağlı tələbələrdən hər hansı müraciət daxil olmayıb və tədrisin təşkilində dəyişiklik məsələsi hazırda müzakirə edilmir.

"Əgər bununla bağlı müraciətlər olarsa, tələbələrdə və ya müəllimlərdə dərsə mütəmadi gecikmələr baş verərsə, dərsin təşkilində problemlər yaranarsa, əlbəttə ki, tədris saatının sürüşdürülməsi prosesi baş verə bilər. Biz də bunu universitet olaraq nəzərə ala bilərik. Lakin hazırda bu məsələ ilə bağlı hər hansı çətinlik yaşanmır", – deyə universitetdən qeyd edilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən isə bildirilib ki, hazırda tələbələrin gecikməsi ilə bağlı hər hansı güzəşt nəzərdə tutulmayıb.

"Əgər belə bir qərar olsa, rəsmi səhifələrimizdən məlumat verəcəyik", – deyə universitetdən bildirilib.

Azərbaycan Dillər Universitetində dərs nizam-intizamının mövcud normativ sənədlərə uyğun olaraq əvvəlki qaydada davam etdirildiyi açıqlanıb. Universitetdən bildirilib ki, bununla bağlı hər hansı dəyişiklik yoxdur.

Bakı Mühəndislik Universitetindən (BMU) verilən cavabda isə qeyd olunub ki, dərslərin başladığı iki gün ərzində tələbələrin davamiyyəti ilə bağlı hər hansı problem qeydə alınmayıb.

"Bu baxımdan hazırda belə bir məsələ nəzərdən keçirilmir", – deyə universitetdən bildirilib.

Beləliklə, sorğuya cavab verən universitetlər arasında hazırda xüsusi güzəşt və ya dərs saatlarında dəyişiklik tətbiq etdiyini bildirən ali təhsil müəssisəsi olmayıb. Memarlıq və İnşaat Universiteti isə zərurət yaranacağı təqdirdə tədris saatlarının dəyişdirilməsinin nəzərdən keçirilə biləcəyini açıqlayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!