Yollarda ölüm saçan təhlükə: 5 nəfərin ölümündən sonra...

saytların hazırlanması

Evə çatdırılma

Yollarda ölüm saçan təhlükə: 5 nəfərin ölümündən sonra...

Sosial

09 Sentyabr 2026 09:28 92


Zərdab–Ağcabədi avtomobil yolunda minik avtomobili ilə traktorun toqquşması nəticəsində 5 nəfərin ölməsi, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası sürücülərin təhlükəsizlik qaydalarına ciddi əməl etməsinin vacibliyini bir daha gündəmə gətirib.

“Yeni Sabah” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı texnikalarını, o cümlədən traktor və qoşqulu nəqliyyat vasitələrini idarə edən şəxslərə müraciət edib.

BDYPİ sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə, nəqliyyat vasitələrinin texniki sazlığını mütəmadi yoxlamağa, işıq cihazlarından və işıqəks etdirən tanınma vasitələrindən düzgün istifadə etməyə çağırıb. Toyuqlu pizza

İdarə digər nəqliyyat vasitələrinin sürücülərinə də sürəti yol və hərəkət şəraitinə uyğun seçməyi, təhlükəsiz ara məsafəsi saxlamağı, qarşıdakı yol sahəsini daim nəzarətdə saxlamağı və riskli manevrlərdən çəkinməyi tövsiyə edib.

BDYPİ qeyd edib ki, bir anlıq diqqətsizlik və təhlükəsizlik tələblərinə etinasız münasibət ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.

İdarə bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi əməl etməyə, yollarda diqqətli və məsuliyyətli davranmağa çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!