Zamiq oğlunun bu görüntülərinə görə qınandı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Zamiq oğlunun bu görüntülərinə görə qınandı - Video

Şou

17 Fevral 2021 13:45 1488


Müğənni Zamiq Hüseynov oğlunun görüntülərini paylaşdıqdan sonra tənqid atəşinə tutulması barədə danışıb.

Yenisabah.az xəbər verir ki, “ATV Maqazin Onlarla” proqramının qonağı olan sənətçi oğlu Zeydin videosuna görə izləyicilərin onu qınadığını deyib.

Belə ki, paylaşdığı videoda uşağın yatması üçün həyat yoldaşı Zamiqi çağırır, atasının adını eşidən körpə qorxusundan tez yatır. Marqarita pizza

Zamiq “uşağa qışqırırsınız?” yazanlara cavab verib:

"Övladımla bağlı ikinci dəfədir nəsə paylaşırdım. Bir dəfə şəklini qoydum, indi də videosunu. İstədim izləyicilərə pozitiv ab-hava ötürüm. Uşaq yatmaq istəməyəndə onu mənim adımla qorxudurlar. Bir-iki dəfə olub ki, yatmayıb, gedib qapıda "Yat" deyib qışqırmışam. Bu da onun yadında qalıb. İnsanlar yazırlar ki, uşağın üstünə qışqırmaq olar? Onu o qədər sevirəm ki, üstünə qışqırmaram. Ətrafımda bir-iki dostumun, qohumlarımın övladı var ki, onları da mənim səsimlə qorxudub yatızdırırlar”.

Qeyd edək ki, Z.Hüseynov 2018-ci ildə gizli şəkildə evlənmişdi. Müğənni ikinci dəfə Aydan adlı xanımla nikah bağlayıb.

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!