Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Polşanın iddialarına kəskin münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib:
"Polşa əsgərləri tərəfindən işgəncələrə məruz qalaraq öldürülən kəndli İvan Susaninə görə Rusiyaya ərazisinin yarısını verməlidir". pizza mizza
Bu, Polşa XİN rəhbərinin müavini Arkadiuş Mulyarçikin SSRİ-yə ünvanladığı iddialara cavabdır. O bildirmişdi ki, Varşava İkinci Dünya müharibəsi zamanı və sonra SSRİ-nin hərəkətləri nəticəsində polyakların vurduğu zərəri hesablamağa başlayıb.
“Mən yalnız Susaninin Polşanın yarısını tələb etməsini təklif edirəm. Mən savadsızlara SSRİ-nin Varşavanın faşistlərdən azad edilməsinə və İkinci Dünya Müharibəsindən sonra Polşa dövlətinin bərpasına verdiyi töhfəni xatırladıram", - deyə Zaxarova "Telegram" kanalında yazıb.
İvan Susanin Kostroma kəndlisi, Rusiyanın milli qəhrəmanıdır. O, orta əsrlərdə Polşa əsgərlərinə bələdçilik edib, lakin onları keçilməz bataqlıqlara aparıb və buna görə edam edilib.
Telegram kanalımız