YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Zaxarova: “Rusiya Cənubi Qafqaza dair səylərini davam etdirir“

Zaxarova: “Rusiya Cənubi Qafqaza dair səylərini davam etdirir“

Bölgə

24 Noyabr 2022 16:42 579


"Rusiya Cənubi Qafqazda sülhün bərqərar olması maraqları naminə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək və regionda vəziyyətin gərginləşməsinə səbəb ola biləcək təxribatçı ritorikadan çəkinməyə çağırır".

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya həm siyasi səviyyədə, o cümlədən dövlət başçıları, Xarici İşlər Nazirliyi və bölgədəki Rusiya sülhməramlı kontingenti, Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti vasitəsilə silahlı insidentlərin qarşısını almaq üçün hər iki tərəflə müntəzəm əlaqə saxlayır: 

“Moskva Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının bütün müddəalarını, o cümlədən 2022-ci il oktyabrın 31-də Soçi sammitinin gücdən və ya hədə-qorxudan istifadə etməmək barədə üddəaları ciddi şəkildə yerinə yetirmək zərurətindən çıxış edir". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!