Zelenski İlham Əliyevin olduğu sammitə qatılacaq

saytların hazırlanması

Evə çatdırılma

Zelenski İlham Əliyevin olduğu sammitə qatılacaq

Dünya

01 İyun 2023 10:53 594


Ukrayna Prezidenti Volodimir Zelenski Moldovaya səfərə yollanıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. 

Zelenski Kişineu yaxınlığındakı Mimi qalasında keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək. Onun Avropa liderlərinin sammitininə qatılacağı əvvəlcədən açıqlanmamışdı.  Sezar pizza

"Çoxlu ikitərəfli görüşlər. Qırıcı koalisiyasını inkişaf etdiririk və “Patriotlar” koalisiyasını təklif edirik. Avropa İttifaqı, NATO, sülh formulu. Hamısı gələcəyimizi qorumaq üçündür", - Zelenski bildirib. 

Qeyd edək ki, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək. Dövlət başçısı mayın 31-də Kişineuya səfər edib və Moldova Prezidenti Maya Sandu, Baş nazir Dorin Reçan ilə görüşüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!