Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqi ilə bağlı qərar layihəsi təqdim edib.
Yenisabah.az "Ekonomiçeskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının “İran İslam Respublikasına qarşı sahəvi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) tətbiqi haqqında” 27 may 2023-cü il tarixli qərarının təsdiq edilməsi barədə qərar layihəsində deyilir.
Sənədə əsasən, İran İslam Respublikasına qarşı sanksiyalar 50 il müddətinə tətbiq edilir və bu sanksiyalara ticarət əməliyyatlarına tam qadağa, Ukrayna ərazisində resursların tranzitinin, uçuşların və nəqliyyatın dayandırılması, kapitalın çıxarılmasının qarşısının alınması daxildir. Marqarita pizza
Sanksiyaların icrası və icrasına nəzarət Nazirlər Kabineti, Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Milli Bank və digər səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilməlidir.
Bundan başqa, İrana hər hansı sərmayə qoyuluşunun və rezidentlər tərəfindən texnologiyanın, əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların ötürülməsinə qadağa qoyulması təklif edilir.
İran rezidentləri tərəfindən verilən elektron ödəniş vasitələrinin (xüsusən də köçürmələr, hesablaşmalar və nağd pul çıxarılması) dayandırılması da təklif olunur.
Həmçinin, Milli Banka İran tərəfindən idarə olunan beynəlxalq ödəniş sistemini qeydiyyatdan keçirməsi qadağandır.
Telegram kanalımız